Memarlıq Müsabiqəsinin mükafatlandırma mərasimi oldu
04 noyabr 2013 18:46 (UTC +04:00)

Memarlıq Müsabiqəsinin mükafatlandırma mərasimi oldu

Noyabrın 3-də Bakıda “Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı” müsabiqəsinin təntənəli mükafatlandırma mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən Lent. az-a verilən məlumata görə, ölkəmizdən və dünyanın müxtəlif dövlətlərindən dəvət edilmiş çoxsaylı qonaqlar, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Serbiya və digər ölkələri təmsil edən Memarlar İttifaqlarının rəhbər şəxsləri, ictimai və siyasi xadimlər iştirak etdiyi mərasimdə mədəniyyət və turizm naziri  Əbülfəs Qarayev çıxış edib.

Müsabiqənin nəticələrini Beynəlxalq Memarlar İttifaqının Baş katibi Mişel Barmakinin sədrlik etdiyi və Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin, Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti  Vassilis Squtasın, Beynəlxalq Memarlar İttifaqının vitse-prezidentləri Tomas Vonier və  Hayder Alinin üzv olduğu Beynəlxalq Münsiflər Heyəti açıqlayıb. Müsabiqənin keçirildiyi 7 nominasiya üzrə diplom və pul mükafatı qaliblərə təqdim olunub.

Mükafatlandırma mərasiminin bədii hissəsində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri, əməkdar artist Tünzalə Ağayeva, xanəndə Babək Niftəliyev və muğam triosu, “Qaya” qrupu, “Avroviziya-2012”in iştirakçısı Səbinə Babayeva,  pianoçu  Emil Əfrasiyab və tədbirin xüsusi qonağı qismində iki dəfə “Qremmi” mükafatı laureatı, dünya şöhrətli caz ifaçısı Bob Ceyms  möhtəşəm kompozisiyalardan ibarət ifalarla çıxış edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1049
avatar

Oxşar yazılar