Memarlar Bakıya toplaşırlar
24 oktyabr 2013 15:16 (UTC +04:00)

Memarlar Bakıya toplaşırlar

Oktyabrın 31-dən – noyabrın 5-dək Bakıda Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş I Bakı Beynəlxalq Memarlıq Mükafatı müsabiqəsi keçiriləcək. Bu barədə Lent. az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Beynəlxalq Memarlar İttifaqının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti və MDB ölkələrinin memarlar ittifaqlarının sədrləri ölkəmizə səfər edəcəklər.
Nümayəndə heyətinə təşkilatın baş katibi, eləcə də I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin Münsiflər heyətinin sədri Mişel Barmaki rəhbərlik edəcək. Nümayəndə heyətinə həmçinin BMİ-nin sabiq prezidenti Vassilis Sgoutas və hazırkı vitse-prezidentləri - Tomas Voiner və Hayder Ali daxildir. Qeyd edilən şəxslərlə yanaşı, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə də müsabiqənin münsiflər heyətinin üzvüdür.
Beynəlxalq Münsiflər Heyətinin iclasları noyabr 1-2- də keçiriləcək və müsabiqəyə təqdim olunmuş 300-dən artıq iş arasından qaliblər müəyyən ediləcək. Yeddi müxtəlif nominasiya üzrə ilk üç yeri tutmuş qaliblərin təntənəli mükafatlandırılması noyabrın 3-də olacaq. 
Tədbir günlərində müsabiqə işlərinin sərgisi  olacaq, müsabiqənin yekununda təqdim edilmiş bütün layihələrdən ibarət xüsusi kataloq nəşr olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 915

Oxşar yazılar