Mehriban Əliyeva sərgidə
21 sentyabr 2013 12:50 (UTC +04:00)

Mehriban Əliyeva sərgidə

“Kiçik QalArt” sərgi salonunda istedadlı rəssam Aida Mahmudovanın “Daxili sakitlik” adlı fərdi sərgisi açılıb. Lent.az-ın məlumatına görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərginin açılış mərasimində iştirak edib.
 

“Daxili sakitlik” sərgisi insan yaddaşı və həsrətin təbiəti haqqında düşüncələrdir. Gənc rəssam öz yaradıcılığında hansısa müəyyən məkana bağlılıqdan daha çox həmin məkanla əlaqəli xatirələri qabardan Vətən həsrəti mövzusunu araşdırır.

Tanınmış ictimai-siyasi xadimlərin, incəsənət təmsilçilərinin iştirak etdikləri mərasimi açan Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov rəssam Aida Mahmudovanın yaradıcılıq axtarışlarını yüksək qiymətləndirib.

 

Sərginin adının insanda xoş duyğular yaratdığını söyləyən xalq rəssamı Fuad Salayev deyib ki, bu sərgi insana daxili bir sakitlik gətirir.

 

Sonra qonaqlar “Daxili sakitlik” adlı sərgi ilə tanış olublar. Sərgi oktyabrın 21-dək davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1301
avatar

Oxşar yazılar