Mədəniyyət və Turizm Nazirliyində "Qafqaz Albaniyası irsinin tədqiqi, mühafizəsi və təbliğinə dair Dövlət Proqramı" layihəsinin müzakirəsi olub. Bu barədə Lent. az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Görüşdə nazirliyin nümayəndələri ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, AMEA-nın Memarlıq və İncəsənət, Arxeologiya və Etnoqrafiya institutlarının, Azərbaycan Turizm İnstitutunun, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin, "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunun və Alban-Udi xristian dini icmasının mütəxəssisləri də iştirak ediblər. Elmi müzakirədə iştirakçılar Qafqaz Albaniyası irsinin tədqiqinə sistemli yanaşmanın və irsin təbliği sahəsində səylərin gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş iştirakçıları layihəni ümumilikdə məqbul hesab edib, dəyişikliklərdən sonra razılaşdırılması üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına göndərilməsini qərara alıblar.