MDB-nin mədəniyyət paytaxtı Qəbələyə sertifikat təqdimı olunub
30 iyun 2013 00:55 (UTC +04:00)

MDB-nin mədəniyyət paytaxtı Qəbələyə sertifikat təqdimı olunub

Iyunun 29-da Qəbələdə “MDB-nin mədəniyyət paytaxtları-2013” dövlətlərarası proqramının təntənəli açılış mərasimi olub.

Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri, MDB-nin üzv dövlətlərinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğlu mərasimdə 10-dan çox ölkənin nüfuzlu rəsmi nümayəndəsinin iştirak etdiyini bildirib: “Coğrafi cəhətdən MDB ölkələri xalqlarının uzun illər boyu bir yerdə yaşadığı üçün mədəniyyətlərimiz arasında fəal dialoq olub. Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi və beynəlxalq əhəmiyyətli mədəni tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın bu qədim şəhərinin beynəlxalq klassik musiqi mədəniyyəti mərkəzinə çevrildiyinin bariz nümunəsidir”. Mərasimdə çıxış edənTacikistanın mədəniyyət nazirinin birinci müavini Mirəli Dostiyev, Qırğız Respublikasının Prezidenti Aparatının eksperti Zayırbek Erqeşov, Moldovanın Mədəniyyət Nazirliyinin “Moldova-Konsert” Milli-Mədəni Mərkəzinin sədri Valentin Qoqa tədbirin yüksək səviyyədə təşkilatçılığına görə minnətdarlıqlarını bildirib. Azərbaycanda beynəlxalq mədəni tədbirlərin yüksək səviyyədə keçirildiyini deyən qonaqlar Bakının sürətlə inkişaf etdiyini və bu inkişafın onlarda məmnunluq hissi doğurduğunu, eyni zamanda Qəbələdə olduqları müddətdə vaxtlarının çox səmərəli və maraqlı keçdiyini vurğulayıb.


Qəbələnin MDB-nin mədəniyyət paytaxtı seçilməsi münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edən Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç və Rusiyanın Mədəniyyət Nazirliyinin MDB ölkələri ilə iş bölməsinin rəhbəri Anton Nazarov Qəbələdə yüksək qonaqpərvərliklə qarşılaşdıqlarını məmnunluqla söyləyib. Sonra Qəbələnin 2013-cü ildə MDB-nin mədəniyyət paytaxtı seçilməsi ilə bağlı sertifikatın təqdim edilməsi mərasimi olub.


Mərasimdə Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsi sədrinin müavini Toktasın Buzubaev MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedevin və Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinskinin təbrik məktubları oxunub.


Mərasimin sonunda Qəbələ Mədəniyyət Mərkəzində MDB ölkələrindən olan yaradıcı kollektivlərin iştirakı ilə konsert proqramı keçirilib.
Qeyd edək ki, MDB-nin üzv dövlətlərinin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun ötən il oktyabrın 15-dən 17-dək Aşqabadda keçirilmiş birgə iclasında qəbul edilən qərara əsasən, 2013-cü ildə Qəbələ MDB-nin mədəniyyət paytaxtı elan olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 811
avatar

Oxşar yazılar