Belarusun tanınmış “Neman” ədəbiyyat jurnalında Leyla Əliyevanın şeirləri dərc edilib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycanın Belarusdakı səfirliyindən bildirilib ki, “Neman” jurnalı bundan əvvəl öz səhifələrində Hüseyn Cavidin “Şeyx Sənan” poemasına yer ayırmışdı: “Leyla Əliyevanın şeirləri isə bu nüfuzlu ədəbiyyat jurnalının müasir Azərbaycan poeziyasına ilk müraciətidir”.