
Lənkəranda Milli Teatr Günü qeyd olunub
Lənkəran şəhərində Milli Teatr günü qeyd olunub. APA-nın Cənub bürosunun məlumatına görə, bu münasibətlə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında tədbir keçirilib.
Teatrın direktoru Tofiq Heydərov yaradıcı kollektivin keçdiyi inkişaf yolundan, qarşıda duran mühüm vəzifələrindən danışıb. Teatrın aparıcı aktyorlarından əməkdar artist Sucəddin Mirzəyev, Miraslan Ağayev, Allahverən Babayev və digərləri bayram sevincini bölüşməklə çalışdıqları sənət ocağının daha böyük uğurlar əldə etməsindən ötrü bundan sonra da əzmkarlıq göstərəcəklərini bildiriblər.
Bu gün həmçinin teatrda uşaqlar üçün hazırlanmış nağıl-tamaşa balaca sənətsevərlərə təqdim olunub.
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06