Lənkəran teatrı İrandan qayıdıb
23 yanvar 2016 21:38 (UTC +04:00)

Lənkəran teatrı İrandan qayıdıb

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasından qayıdıb. Teatrın direktoru Tofiq Heydərovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, yaradıcı kollektiv qonşu ölkədə keçirilən 34-cü ənənəvi Beynəlxalq Fəcr Teatr Festivalında Azərbaycanı təmsil edib. Dünyanın 30-dan çox ölkəsindən teatrların iştirak etdikləri festivala sənətçilərimiz İran dramaturqu Bəhram Beyzayinin “İlan Sultan” tamaşası ilə qatılıb. İranlı rejissor Xeyrullah Təğiyənipurun quruluş verdiyi tamaşa Təbriz və Məşhəd şəhərlərində nümayiş etdirilib. T.Heydərovun sözlərinə görə, hər iki şəhərdə Lənkəran teatrı aktyorlarının ifası yüksək dəyərləndirilib:”Tamaşaya sadə iranlılarla yanaşı, ölkənin rəsmi nümüyəndələri, dövlət xadimləri, tanınmış sənətçiləri baxaraq məmnun qaldıqlarını bildirdilər. Tamaşa barədə Xorasan televiziyasında və ayrı-ayrı qəzetlərdə məlumatlar verildi”.

 

Festivalın bağlanış mərasimində Lənkəran Dövlət Dram Teatrına təşkilat komitəsi tərəfindən diplom və xatirə hadiyyəsi təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07