Naxçıvan Muxtar Respublikasında səfərdə olan KİV rəhbərləri Məmməd Arazın ev muzeyində olublar.
APA-nın məlumatına görə, KİV rəhbərləri şairin anadan olmasının 83-cü ildönümü ilə əlaqədar Şahbuz rayonunun Nursu kəndində yerləşən ev muzeyini ziyarət ediblər, xatirəsini anıblar.
“525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid Məmməd Arazın yaradıcılığından söz açıb.
KİVDF-nin icraçı direktoru Vüqar Səfərli Məmməd Arazın Azərbaycan poeziyasındakı xidmətlərindən danışıb.
Şairin kürəkəni, millət vəkili Aqil Abbas isə ölkə rəhbərliyinə Məmməd Arazın xatirəsinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib.