Kann festivalı homofobiyaya görə məhkəməyə verildi
03 mart 2015 15:41 (UTC +04:00)

Kann festivalı homofobiyaya görə məhkəməyə verildi

Fransız rejissoru Pol Verxoven Kann festivalını məhkəməyə verib. Lent.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə kinematoqrafçı hesab edir ki, onun “Tineycers” (“Yeniyetmələr”) filmi 2010-cu ildə nümayiş proqramına LGTB mövzusuna görə salınmayıb.

 

Verxoven məhkəməyə videomüraciət ünvanlayıb. Müraciətdə deyilir ki, onun filmi “potensial olaraq, gənc auditoriyanı terrorizmdən, intihardan, cinayətkarlıqdan və homofobiyadan çəkindirə bilər”. 73 yaşlı rejissor tələb edir ki, Kann festivalı onun “Tineycers” filmini özünün 2015-ci il proqramına salsın, ya da filmin Fransa kinoteatrlarındakı prokatına görə pul ödəsin.

 

Kinonümayişin nümayəndəsi Verxovenin ittihamlarını absurd adlandırıb və qeyd edib ki filmlərin seçilməsində yeganə meyar keyfiyyətdir. Məhkəmə işə martın axırında baxacaq.

 

Verxoven 2010-cu ildə filmin Kannda göstərilməyəcəyi haqqında bildiriş alanda seçim komissiyasından bu qərarın səbəblərini izah etməyi xahiş edib. Bundan sonra bir səhv üzündən rejissor Kann festivalı əməkdaşlarının daxili yazışmalarına qoşulub və “Tineycers” filminin “Etik baxımdan şübhəli” adlandırılmasının şahidi olub.

 

“Tineycers” 2009-cu ildə çəkilib və geniş prokata çıxarılmayıb. 2011-ci ildə film “Kaliforniya lm Avards”-ın ən yaxşı filmə görə mükafatını qazanıb. Qeyd edək ki, bu rejissor “Əsas instinkt” və “Robokop” filmlərini çəkən məşhur Pol Verxoven deyil. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159
avatar

Kulis Canıyev

Oxşar yazılar