İsrafil İsrafilov yenidən “Azdrama”nın direktoru oldu
31 avqust 2015 22:30 (UTC +04:00)

İsrafil İsrafilov yenidən “Azdrama”nın direktoru oldu

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov yenidən bu vəzifəni daşıyacaq.

 

APA-nın teatrdan əldə etdiyi məlumata görə, onun Mədəniyyət və Turizm Nazirliyi ilə olan müqaviləsi bu gün yenilənib.

 

 

Qeyd edək ki, bu gün həmçinin Azərpaşa Nemətov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib və kollektivə təqdim olunub.

 

 

Xatırladaq ki, İ. İsrafilov ilk dəfə 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 354

Oxşar yazılar