İspaniya kraliçası Məhsəti Gəncəvinin qədim miniatürlərini Azərbaycana hədiyyə edib
13 mart 2013 16:32 (UTC +04:00)

İspaniya kraliçası Məhsəti Gəncəvinin qədim miniatürlərini Azərbaycana hədiyyə edib

0

İspaniya kraliçası, Yunanıstan və Danimarka şahzadəsi Sofiya dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin 900 illiyi münasibətilə onun qədim miniatürlərini Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə hədiyyə edib.


 

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Elmi Bölməsinin elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə məlumat verib.

 

Onun sözlərinə görə, mərkəzə kraliça tərəfindən 8 miniatür və 1 illüstrasiya hədiyyə edilib. Miniatürlərin içində qədim əlyazmalar da var: “Miniatürlərin bəziləri vaxtilə rusların Ərdəbil kitabxanasından İspaniyaya apardıqları sənət əsərləridir. Bəzi miniatürlər isə İspaniyanın özünə məxsusdur. İspaniya uzun müddət müsəlman dövləti olduğundan burada qədim şərq, ərəb-fars əlyazmaları çoxdur”. 

 

Qeyd edək ki, hədiyyə olunan miniatürlər XIV-XV əsrlərə aiddir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1530

Oxşar yazılar