Gəncədə DƏHŞƏT:  xalasını döyüb öldürdü
03 noyabr 2026 22:12 (UTC +04:00)

Gəncədə DƏHŞƏT: xalasını döyüb öldürdü

0

Gəncədə qətl hadisəsi olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin H. Z. Tağıyev küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 86 yaşlı G. Əliyeva aldığı ağır xəsarətlərdən ölüb.

İlkin araşdırma zamanı yaşlı qadını bacısı oğlunun döyərək öldürdüyü məlum olub.

Polisin keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Əli Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır .

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 528

Oxşar yazılar