Oktyabrın 27-də azərbaycanlı gənc caz ifaçıları İsfar Sarabski və Rain Sultanov “Badi-Kubə” kirxanın səhnəsində cazsevərlər ilə görüşəcəklər.
Lent.az xəbər verir ki, Bakı Beynəlxalq Caz Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə ifaçılar öz repertuarından populyar caz musiqi nömrələri səsləndirməklə yanaşı, dünya caz musiqisinə də müraciət edəcəklər.
Qeyd edək ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları və kvartetləri qatılacaq.