Gülnarə Xəlilovanın milli kolleksiyası Londonda
04 may 2015 17:02 (UTC +04:00)

Gülnarə Xəlilovanın milli kolleksiyası Londonda

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondu və birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən ilk Avropa Oyunları ilə əlaqədar Londonda moda nümayişi keçirilib. Lent.az-ın məlumatına görə, moda nümayişində modelyer-dizayner Gülnarə Xəlilovanın milli kolleksiyası təqdim olunub.

 

Milli ornamentlərimiz və “Bakı-2015”in rəmzləri ilə bəzədilmiş geyimlər böyük maraqla qarşılanıb. Kolleksiyanın əsas siması model Günay Musayeva olub. Azərbaycan milli musiqisinin müşayiəti ilə keçirilən tədbirdə gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, yerli ictimaiyyətin nümayəndələri, burada yaşayan həmvətənlərimiz iştirak ediblər.

 

Qeyd edək ki, tədbir çərçivəsində “Bakı-2015” birinci Avropa Oyunlarından bəhs edən video-çarx nümayiş olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 358
avatar

Yalçın UĞUR

Oxşar yazılar