Gülnar Salmanovanın xatirəsi yad edilib
27 oktyabr 2015 14:16 (UTC +04:00)

Gülnar Salmanovanın xatirəsi yad edilib

Əməkdar artisti, Dövlət Musiqili Teatrının aktrisası Gülnar Salmanovanın xatirəsi uzun illər çalışdığı teatrda yad edilib.

 

Teatrdan Lent.az-a verilən məlumata görə, Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşasının budəfəki nümayişi mərhum aktrisanın əziz xatirəsinə həsr olunub. Tamaşada rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlar Möylə Mirzəliyev, Gülcahan Salamova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov və Fərid Rzayev ifa ediblər.

“Tamaşamızın budəfəki nümayişini sənət dostumuz Gülnar Salmanovanın xatirəsinə həsr etdik. Bu barədə tamaşadan əvvəl elan olundu. Bu bizi daha da yaxşı, daha da ilhamla oynamağa sövq etdi. Tamaşa boyu elə bilirdik ki, uzun illər səhnəni bölüşdüyümüz aktrisamızın ruhu da bizimlə burda – bu səhnədə, bu zaldadır”, - deyə xalq artisti Fatma Mahmudova bildirib.

Aktrisanın digər sənət dostu Möylə Mirzəliyev isə aktrisanın xatirəsinin daim ürəklərdə yaşayacağını bildirib: “ Ölüm haqdır, hamımız bu dünyadan bir gün köçüb gedəcəyik. Amma gələcək nəsillərə bizdən yadigar yaradıcılığımız qalacaq. Allah dünyasını dəyişmiş bütün sənətkarlarımıza rəhmət eləsin. Gülnar xanımın əziz xatirəsi daima qəlbimizdə yaşayacaq.

Xatırladaq ki,  Gülnar Salmanova 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun “Musiqili komediya aktyorluğu” fakultəsini bitirib. 1981-ci ildən Musiqili Komediya Teatrında çalışıb. Aparıcı səhnə ustası olub. Güclü və soprano səsə malik idi. Əsasən “Subretka” ampluasında çıxış edib. Aktrisanın "50 yaşında cavan” tamaşasındakı Gülnaz, “Beş manatlıq gəlin”də Naznaz, “Özümüz bilərik”də Ceyran, “Subaylarınızdan görəsiniz”də Çarliston, “Bankir adaxlı”da Maral, “Məhəbbət oyunu”nda Ceyran, “Aldın payını, çağır dayını” tamaşasındakı At Balaxanım və başqa obrazları orijinallığı ilə seçilib. Gülnar Salmanova 2001-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. Prezident mükafatçısı idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28