Göygöldə sonuncu almanın evi muzey olacaq
13 sentyabr 2013 16:35 (UTC +04:00)

Göygöldə sonuncu almanın evi muzey olacaq

Göygöl rayonunda yaşamış sonuncu alman Viktor Klaynın evi muzey kimi fəaliyyət göstərəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, hazırda bununla bağlı sənədləşdirmə işləri aparılır.

 

Qeyd edək ki, almanlar XIX əsrin əvvəllərindən başlayaraq Göygöldə məskunlaşmağa başlayıblar. Hazırda rayonda onların tikdiyi 300-dən çox ev var. Həmin evlərdən biri də V. Klaynın mənzilidir. 1886-cı ildə Viktorun atasının tikdiyi ev qəzalı vəziyyətdədir.  Klayn 2008-ci ildə 72 yaşında vəfat etdikdən sonra ev sahibsiz qalıb. Burada çoxlu sayda alman irsinə məxsus müxtəlif məişət əşyaları qalıb ki, bunlar qiymətli eksponatdır. Həmin əşyaları Mədəniyyət və Turizm Nazirliyi siyahıya alıb və ev möhürlənib. Yaxın günlərdə binanın əsaslı təmirinə başlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar