Görkəmli kinorejissoru Tofiq Tağızadənin yubileyi keçiriləcək
19 fevral 2014 22:46 (UTC +04:00)

Görkəmli kinorejissoru Tofiq Tağızadənin yubileyi keçiriləcək

Fevralın 21-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru Tofiq Tağızadənin 95 illik yubiley tədbiri keçiriləcək.

 

Film Fondundan APA-ya verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilir.

 

Yubiley tədbirində Tofiq Tağızadəyə həsr edilən fotosərgi nümayiş etdiriləcək, quruluş verdiyi filmlərdən fraqmentlər göstəriləcək, sənət dostlarının xatirələri dinlənəcək. 

 

# 394
avatar

Oxşar yazılar