
Goranboyda səyyar kitabxanalar yaradılıb
Goranboy rayonunda ömründə belə kitaba yaxın durmayanlar həvəslə yeni yaradılmış səyyar kitabxanalara üz tuturlar.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, Goranboy sakinlərində kitaba marağı daha da artırmaq məqsədilə bölgədə bir ilkə imza atılıb.
Rayon mərkəzinin küçə, meydan və istirahət məkanlarında səyyari kitabxanalar fəaliyyətə başlayıb. İlkin mərhələdə 4 belə səyyari kitabxana yaradılıb. İnsanların intensiv hərəkət istiqmətlərində fəaliyyət göstərən kitabxanalarda bədii, sənədli və siyasi ədəbiyyat nümunələri təqdim olunur. Kitab həvəskarları bəyəndiyi nümunələri götürərək istirahət etdiyi məkanda oxumaqla, digərləri isə ən azından varaqlamaqla asudə vaxtlarını mədəni şəkildə keçirirlər. Ən maraqlısı isə odur ki, ömründə belə kitaba maraq göstərməyən insanlar da səyyar kitabxanalara maraq göstərir, nümayiş olunan kitab guşələrinə yaxnlaşaraq ordakı ədəbiyyatlarla tanış olurlar.
Qeyd edək ki, səyyar kitabxanaların yaradılmasında maraqlı olan tərəflər bu cür kitabxanaların sayını artırmaq niyyyətindədir. Yaxın perspektivdə rayon mərkəzində, eləcə də rayonun iri yaşayış məntəqələrində əlavə bir neçə səyyar kitabxananın yaradılması nəzərdə tutulur.
Oxşar yazılar

Ayağı kəsilən aktyor VƏFAT ETDİ
19 iyul 2025 , 12:56
Mütləq izləməli olduğunuz 7 həyəcanverici detektiv serial - VİDEO
18 iyul 2025 , 14:45
Kefinizi açacaq 5 məzəli film - VİDEO
17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi
17 iyul 2025 , 16:25
Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25