Gəncə Dövlət Teatrı Türkiyəyə gedir
28 aprel 2014 17:47 (UTC +04:00)

Gəncə Dövlət Teatrı Türkiyəyə gedir

Aprel 29-dan mayın 6-dək Gəncə Dövlət Dram Teatrı Türkiyənin Giresun Bələdiyyə Teatrında keçiriləcək festivalda iştirak edəcək. Teatrın mətbuat xidməti Yusif Cəfərovun Lent.az-a verdiyi məlumata görə, teatr “Fevzi Bayazitoğlu" teatr festivalında Elçinin “Qatil” tamaşası ilə çıxış edəcək.

 

Tamaşanın quruluşçu rejissoru xalq artisti, rejissor Vaqif Şərifovdur. Tamaşada xalq artisti Pərvanə Qurbanova, əməkdar artistlər İlham Hüseynov, Novruz Cəfərov, aktrisa Sevda Orucova, Zəminə Cəfərova iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 509
avatar

Oxşar yazılar