“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi “Gənclər arasında sağlam həyat tərzininin təbliği” layihəsi çərçivəsində gənclər arasında rəsm müsabiqəsi keçirib. Lent.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihə 16-25 yaş arası gəncləri əhatə edib. Bu barədə Birliyin prezidenti Elçin Məmməd jurnalistlərə açıqlamasında bildirib. Təşkilat qalibləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.