“Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında” prezident İlham Əliyev sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sənəddə bildirilib:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Abdullayeva Züleyxa Nazim qızı - Azərbaycan Milli Konservatoriyasının tərkibində
İncəsənət Gimnaziyasının şagirdi
Bəylərova Firuzə Rauf qızı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının Orta ixtisas Musiqi Məktəb-studiyasının şagirdi
Cəfərov Mircavid Mircavad oğlu - Bakı şəhər Georgi Şaroyev adına 35
nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Əmiraslanova Səmra Mətin qızı - Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının tələbəsi
Xanlarov Cahandar İslam oğlu - Bakı şəhər Leopold və Mstislav
Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
İsmayılov Atabəy Xəzər oğlu - Bülbül adına Orta ixtisas Musiqi Məktəbinin şagirdi
Mailova Jalə Eldəniz qızı - Bakı şəhər Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi
Məktəbinin şagirdi”