Folklor İnstitutunun elmi jurnallarının saytları yaradılıb
16 oktyabr 2013 22:44 (UTC +04:00)

Folklor İnstitutunun elmi jurnallarının saytları yaradılıb

 AMEA Folklor İnstitutunun 2 elmi jurnalının - «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» və «Dədə Qorqud» jurnallarının saytları yaradılıb.

 

APA-nın məlumatına görə,www.tedqiqler.net və www.dede-qorqud.net domenli saytlar artıq istifadəçilərin ixtiyarına verilib.

 

AMEA Folklor İnstitutunun direktoru Muxtar İmanov bildirib ki, keçən əsrin 60-cı illərindən fəaliyyətə başlamış «Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər» məcmuəsi Azərbaycanda folklorşünaslıq sahəsində ən nüfuzlu akademik nəşr sayılır.

 

Məcmuənin sovet dönəmində yeddi sayı çapdan çıxıb. AMEA Folklor İnstitutu yaradıldıqdan sonra artıq “Tədqiqlər”in çapı sabit dövri xarakter daşımağa başlayıb və indiyədək 40 sayı çap olunub.

 

2001-ci ildən nəşrə başlayan «Dədə Qorqud» jurnalında “Dədə Qorqud” dastanları ilə bağlı ən son araşdırmalar, elmi qənaətlər və rəylər aparıcı yer tutur. Bundan əlavə, jurnalda milli mədəniyyətin digər sahələri barədə yazılar, yeni folklor mətnləri, türk xalqları folklorundan tərcümələr və s. də yer alır. İnstitutdan bildiriblər ki, «Dədə Qorqud» jurnalının indiyədək 50 sayı dərc edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 961
avatar

Oxşar yazılar