Əməkdar artist “Bülbülsayağı” oxuyacaq
15 sentyabr 2015 13:34 (UTC +04:00)

Əməkdar artist “Bülbülsayağı” oxuyacaq

Əməkdar artist Anar Şuşalı yeni “Bülbülsayağı” adlı musiqi layihəsini təqdim edəcək. Bu barədə o, Lent.az-a açıqlamasında bildirib. Mədəniyyət və Turzim Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə reallaşan layihə Üzeyir Hacıbəylinin 130 illik yubileyinə həsr edilir.

 

Konsert proqramı sentyabrın 24-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Musiqi axşamında Ü. Hacıbəylinin Bülbülün repertuarında yer alan əsərlərini əməkdar artist yeni üslubda tamaşaçılara təqdim edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 350

Oxşar yazılar