Astarada Azərbaycanın xalq artisti Əlibaba Məmmədovun 85 illik yubileyi qeyd olunub. APA-nın məlumatına görə, tədbirdə rayon uşaq musiqi məktəbinin xalq çalğı alətləri şöbəsi və xanəndəlik sinfinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.
Konsertdə Ə.Məmmədovun repertuarından mahnılar və “Humayun” ansamblının ifa etdiyi kompozisiyalar tamaşaçılara təqdim olunub.