Oktyabrın 15-də Fransanın Azərbaycandakı yeni konsulu, Antuan Simönelin xanımi Daiana Simönel mədəniyyət və incəsənət xadimləri ilə görüş təşkil edib.
Lent.az-ın məlumatına görə, kokteyl gecəsinin məqsədi müxtəlif çevrələrdən olan incəsənət xadimlərini bir araya toplamaq, “D.One” və “Kweart Festival”ın film prodüseri və direktoru xanım Daiana Simenellə və bu markaların məhsulları ilə tanış etmək olub.
Görüşdə bildirilib ki, konsul, Antuan Simönelin xanımı Daiana Simönelle və onun komandası: “Directa Brazil” və Rio Musiqi Konfransının direktoru (Braziliya) Pedro Shimitt, “Aquarium Club Paris”-in direktoru (Avropa) Carl Gabriel, Bakıda D.ONE markası adı altında keçiriləcək yeni İncəsənət Festivalını yaradırlar.
Xanım D. Simenellə çıxışında bildirib ki, festivalın əsas məqsədi Avropa mədəniyyətini Azərbaycana, Azərbaycan mədəniyyətini isə Avropaya daşımaqdır: “Ümid edirəm ki, bu layihəmiz Avropa, Cənubi Amerika və Azərbaycan arasında bir körpü rolunu oynayacaq”.
Qeyd edək ki, “D.ONE” Azərbaycan gəncliyinə güvənir və Azərbaycanda yeni nəslin daha yaradıcı və orijinal olduğunu düşünür. “D.ONE”-nın təqdimatına görə, yeni nəsil dizayn və əyləncə sahələrində daha yaradıcı zövqə sahibdir. “D.ONE” bu gənc qəhrəmanları incəsənətdən vasitə kimi istifadə edərək, bütün dünyanın onları tanıması üçün ruhlandıracaq, Avropanın və Cənubi Amerikanın möhtəşəm incəsənət xadimləri ilə əlaqələndirəcək. Bildirək ki, qısa müddətdə gənc azərbaycanlı incəsənət xadimlərinin əsərləri tədbirin keçiriləcəyi məkanda nümayiş ediləcək, bu sərgi həftə sonunda keçiriləcək işlərin üzə çıxmasına yardımçı olacaq və burada iştirak edən bütün ölkələrin qarışması və bunu aydın yayımlaması ilə nəticələnəcək.