“Ah Karabağ” mahnısının müəllifi Bakıya gəlir. Lent. az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə türk sənətçisi, “Ah Karabağ” mahnısı və klipinin müəllifi olan Başkal avqustun 11-14 –də Azərbaycanda səfərdə olacaq. O, ilk olaraq ön cəbhədə yerləşən Tovuza gedəcək. Ön cəbhədə əsgər və hərbçilərlə görüş və konsert proqramından sonra rayon ictimaiyyətinə də konsert vercək.