<span style="color:red;">Baş həkim:  “Habil Əliyev reanimasiyadan çıxacaq vəziyyətdə deyil”
21 avqust 2015 11:04 (UTC +04:00)

Baş həkim: “Habil Əliyev reanimasiyadan çıxacaq vəziyyətdə deyil”

Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə edilən xalq artisti Habil Əliyevin vəziyyəti ağır, stabil olaraq qalır. Bu barədə Lent.az-a Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev bildirib.

O, sənətkarın gələn həftəyədək reanimasiyada qalacağını əlavə edib: "Habil müəllimin 90-a yaxın yaşı var. Ürək, ağ ciyər çatışmazlığından əziyyət çəkir. Gəldiyi vəziyyətinə görə müsbət dinamikası var. Amma hələ ki, bu şənbə-bazar reanimasiyada qalacaq. Gələn həftənin bazar ertəsi yenidən duruma baxacağıq. Reanimasiyadan çıxdıqdan sonra 3-5 gün də vəziyyətində irəliləyiş görmədən bizim bir şey deməyimiz tibbi cəhətdən düzgün deyil. Süni tənəffüs aparatına dünəndən başlayaraq arada bağlayırıq, arada ayırırıq. Amma hələ ki, tam süni tənəffüs aparatı olmadan mümkün deyil. Ətrafa bəzən yaxşı, bəzən pis reaksiya verir”.

 

Xatırladaq ki, avqustun 16-da  xalq artisti, kamança ustası Habil Əliyevin vəziyyəti ağırlaşıb və o, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 88 yaşlı sənətkar ürək və ağciyər xəstəliyindən əziyyət çəkir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Ümidə Həsənli

Oxşar yazılar