Bakıda memarlıq müsabiqəsi olacaq
23 oktyabr 2013 13:36 (UTC +04:00)

Bakıda memarlıq müsabiqəsi olacaq

Oktyabrın 31-dən noyabrın 5-dək Mədəniyyət və Turizm Nazirliyinin və Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunan “I Bakı Beynəlxalq Memarlıq Mükafatı” müsabiqəsi keçiriləcək. Bu barədə Lent. az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Müsabiqənin keçirilməsində məqsəd memarlığın inkişafı üçün yeni ideyaların aşkara çıxarılması, kompozisiya, həcm-məkan həllərinin axtarışı, Beynəlxalq Memarlar İttifaqının və Azərbaycan Memarlar İttifaqının yardımı ilə onların gələcəkdə praktiki olaraq həyata keçirilməsi üçün ideya və layihələrin maksimal müxtəlifliyinə nail olunmasıdır.

 

 

Müsabiqənin nəticələri noyabrın 3-də Bakıda keçiriləcək təntənəli mərasimdə elan ediləcək.

 

Nominasiyalar üzrə qaliblərə I yer üçün 4000 manat, II yer üçün 2500 manat, III yer üçün 1000 manat dəyərində pul mükafatı təqdim olunacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1161

Oxşar yazılar