Bakıda Beynəlxalq Kukla Biennalesi keçiriləcək
04 noyabr 2013 12:05 (UTC +04:00)

Bakıda Beynəlxalq Kukla Biennalesi keçiriləcək

Noyabrın 5-dən 10-dək Mədəniyyət və Turizm Nazirliyi və “Kukla” Art Qalereyası,  Muzey Mərkəzinin təşkilatçılığı ilə mərkəzin Sərgi Qalereyasında və Kukla Qalereyasında “FusionDoll” II Bakı Beynəlxalq Kukla Biennalesi keçiriləcək. Nazirlikdən Lent. az-a verilən məlumata görə, bura 13 ölkənin- Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Latviya, Gürcüstan, Belarus, Belçika, Çexiya, Estoniya, Almaniya, Qazaxıstan və İsraildən olan kukla ustalarının qatılacaq. Biennaledə Azərbaycanı «KUKLA» Art Qalereyası və onun əməkdaşları, “DA ART” studiyasının tələbələri təmsil edəcəklər.

Qeyd edək ki, Biennalenin rəsmi açılış mərasiminə giriş dəvətnamə ilə, qalan günlərdə isə sərbəst olacaq.

Xatırladaq ki, “FusionDoll”  Bakı Beynəlxalq Müəllif Kuklaları Biennalesi ilk dəfə 2011-ci ildə keçirilib. Azərbaycanda bu sənət növüylə Elmira Abbaslı, Tamilla Qurbanova, Pərviz Hüseynov və İrina Qundorina müəllif kuklaları sənətinin inkişafı istiqamətində xeyli işlər görüblər. Son otuz ildə Rusiya, ABŞ, Almaniya, İtaliya, Litva, Niderland, Fransa, Çexiya, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə mütəmadi olaraq müəllif kuklaları sərgiləri təşkil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 804
avatar

Oxşar yazılar