Bakıda “Azərbaycan mənzərələri” adlı fotosərgi açılacaq
07 oktyabr 2019 09:15 (UTC +04:00)

Bakıda “Azərbaycan mənzərələri” adlı fotosərgi açılacaq

Oktyabrın 9-da “Art Tover” rəsm qalereyasında fotoqraf Aleksandr Karyaginin “Azərbaycan mənzərələri” adlı fotosərgisi açılacaq. Sərgi “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşacaq. Bu barədə “Arts Council Azerbaijan”nın rəhbəri Dadaş Məmmədov məlumat verib. Onun sözlərinə görə, sərgi çərçivəsində “Art Tover” qalereyasında yeni fəaliyyətə başlayan fotoqrafiya məktəbinin rəsmi açılışı da nəzərdə tutulur.
 
Sərgidə nümayiş olunan fotolar Azərbaycanın gözəlliyini əks etdirir. Müxtəlif rayon və şəhərlərdə çəkilən fotolar, həmçinin ölkəmizi yaxından tanımağa imkan yaradır. Fotoqrafiya məktəbinin yaradılması foto sənətinə marağın artırılması, peşəkar fotoqrafların hazırlaması məqsədi daşıyır.
 
Sərgi oktyabrın 12-də ziyarətçilər üçün açıq qalacaq.
 
(AZƏRTAC)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1080
avatar

Oxşar yazılar