Bakı Uşaq Teatrı Yeni il tamaşası hazırlayıb
26 dekabr 2012 18:27 (UTC +04:00)

Bakı Uşaq Teatrı Yeni il tamaşası hazırlayıb

Bakı Uşaq Teatrının  Yeni il şənliyi tamaşası  hazırlayıb. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tamaşada uşaqların sevdikləri cizgi film qəhrəmanları iştirak edəcəklər: “Qış bayramına hazırlaşan uşaqlara  Şaxta baba Qar kraliçası ilə sehirli məktub göndərir. Onun şənliyə gələ bilməyəcəyini eşidən uşaqlar  Şaxta babanın  yanına getməyə hazırlaşırlar. Bu xəbəri eşidən Qar qız hədiyyələri hazırlamaq  üçün Şaxta babaya köməyə tələsir. Uşaqların getməyinə mane olan Küpəgirən qarı Qar kraliçasının qar dənəciyinin sehrini  yox edir. Uşaqların, şənliyə gələn nağıl qəhrəmanlarının – Şrek və Uzunqulaq, Tıqtıq xanım və Siçan bəy, Dovşan və Canavar, Qırmızıpapağın köməyinə  sehirbaz Tofiq əmi gəlir. O, öz sehri ilə qar dənəciyinin sehrini geri qaytarır. Uşaqlar getməyə hazırlaşırlar, elə bu zaman Şaxta babanın  səsi gəlir. Uşaqların başına gələn əhvalatdan xəbər tutan  Şaxta baba Qar qız , Əjdaha və İlanla şənliyə gəlir”. 

  

Bildirilib ki, hər il olduğu kimi bu ildə yeni il seanslarından biri  məhz qayğıya ehtiyacı olan uşaqlar  üçün  olacaq.  Tamaşaları yanvarın 2-i saat 11, 13 və 15, 17:00 seansları ilə. Yanvarın 3-ü isə 11 və 13:00-da Sarabiski adına mədəniyyət evində nümayiş olunacaq.

 

Biletlərin qiyməti 6 manatdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1156

Oxşar yazılar