Azərbaycanlı aktyor "Receb İvedik-5"ə çəkilib
07 oktyabr 2015 12:53 (UTC +04:00)

Azərbaycanlı aktyor "Receb İvedik-5"ə çəkilib

Azərbaycanlı aktyor Rihat Həsənli Türkiyədə məşhurlaşan “Receb İvedik-5” filminə çəkilib.

 

Bu barədə Lent.az-a aktyorun özü məlumat verib. O, bildirib ki, yaradıcılıq işlərini Türkiyədə də davam etdirəcək: “Belə bir filmdə rol aldığıma görə özümü çox şanlı sayıram. Bu məni bir aktyor olaraq çox sevindirir. Növbəti layihələr üçün böyük stimuldur. Aktyor olaraq bir yerdə dayanmağı sevmirəm. Daim yenilik axtarışındayam. İşlərim bununla bitmir. Türkiyədə daha bir neçə film təklifi almışam. Ancaq hələ razılıq verməmişəm. Hələlik qarşımda “Receb İvedik-5” var”.

 

Qeyd edək ki, R.Həsənli Azərbaycanda “Həyat sən nə qəribəsən” serialına və 10 yaxın televiziya reklamlarına çəkilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar