Azərbaycan CAR-da keçirilən turizm festivalında iştirak edib
07 aprel 2014 21:02 (UTC +04:00)

Azərbaycan CAR-da keçirilən turizm festivalında iştirak edib

Aprel 5-6-da Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi və “CAR-da Azərbaycanın dostları” təşkilatının təşkilatçılığı ilə Naxçıvan MR-in 100 illik yubileyinə həsr edilmiş tədbirlər çərçivəsində Yohannesburq şəhərində baş tutmuş turizmin inkişafına həsr edilmiş “Coburq Səyahət Festivalı”nda (Joburg Travel Festival) xüsusi guşə ilə iştirak edib.

 

Azərbaycanın CAR-dakı səfirliyindənAPA-ya verilən məlumata görə, CAR-da ilk dəfə təşkil edilən festivalın əsas məqsədi CAR-da fəaliyyət göstərən turizm şirkətlərin və səfirlikləri bir araya toplayaraq gördükləri işləri və xarici ölkələrin turizm potensialını nümayiş etdirilməsi və ümumilikdə CAR ictimaiyyətinə səyahət etmək üçün yeni və nadir ölkələrin təqdim edilməsi olub.

 

Səfirlik Azərbaycan üçün ayrılmış hissədə ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotoşəkillər, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin çap materialları, foto şəkillər, xalçalar, kitablar, turizm bukletləri və mədəniyyətimizi əks etdirən digər əşyaları nümayiş etdirib. Festivalda Naxçıvana aid xüsusi təbliğat və foto materiallar nümayiş etdirilib. Səfirliyin guşəsində 2012-ci ildə Pretoriya şəhərində təsis edilmiş “CAR-da Azərbaycanın dostları” təşkilatın da təbliğat materialları yer alıb. Ziyarətçilərə ölkəmiz barəsində məlumat kitabçaları və təşkilatın bukletləri paylanıb.

 

Festival zamanı səfirliyin nəzdində fəaliyyət göstərən rəqs qrupu tərəfindən qonaqlara müxtəlif Azərbaycan milli rəqsləri nümayiş edilib.

 

Tədbir yerli və xarici KİV nümayəndələri tərəfindən işıqlandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508
avatar

Oxşar yazılar