Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının bu gün keçirilən iclasında Azərbaycanın BMÜTT-nin İcraiyyə Şurasının üzvlüyünə namizədliyi müzakirə olunub. Bu barədə Lent. az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Nazir Əbülfəs Qarayevin də iştirak etdiyi toplantıda ölkəmiz BMÜTT-nin İcraiyyə Şurasının üzv seçilib.
Avropa qitəsinin 4 dövlətinin (Azərbaycan, Almaniya, Serbiya və Bolqarıstan) sırasında Azərbaycan üzvlüyə 25 səslə birinci olaraq seçilib.
Eyni zamanda, Azərbaycanın təklifi nəzərə alınaraq BMÜTT-nin Avropa Komissiyasının 2014-cü il iclasının Bakı şəhərində keçirilməsinə dair qərar qəbul olunub.
Qeyd edək ki, sözügedən qərarların müzakirəsi zamanı Ermənistan Respublikasının nümayəndə heyəti etirazını bildirib, lakin Ermənistanın mövqeyi digər iştirakçılar tərəfindən dəstəklənməyib.