Azərbaycan Beynəlxalq Rəqs Festivalında
02 aprel 2017 01:23 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Rəqs Festivalında

Aprelin 2-də Tiflisdə  Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi nazirliyinin dəstəyi ilə keçirilən IV Beynəlxalq Rəqs Festivalında Azərbaycanı Uşaq Yaradıcılıq Mərkəzinin müdiri Əminə Musayevanın rəhbərliyi ilə “Təbəssüm” uşaq rəqs qrupu təmsil edir. APA-nın Gürcüstan bürosunun məlumatına görə, beynəlxalq rəqs festivalında  çıxış edən “Təbəssüm” uşaq rəqs qrupunun üzvləri  nümayiş etdirdikləri “Basqalı” və “Bayram” adlı rəqslərlə tədbirdə uğur əldə ediblər.

 

Uşaq Yaradıcılıq Mərkəzinin müdiri Əminə Musayeva APA-ya açıqlamasında artıq 4-cü dəfədir ki, hər il keçirilən ənənəvi Vaxtanq Çabukiani adına Beynəlxalq Xoreoqrafiya Festivalına qatıldıqlarını bildirib. O,  Türkiyədə keçirilən “TRT 23 aprel uşaq bayramına dəvət aldıqlarını da bildirib.   

 

Festival çərçivəsində “Təbəssüm” uşaq rəqs qrupu Tiflisdə azərbaycanlı şagirdlərin təhsil aldığı 64 nömrəli orta məktəbdə “Ceyran” folklor rəqs ansamblının qonağı olublar. Rəqs qrupları arasında gələcəkdə əməkdaşlığa dair razılıq əldə olunub.  “Ceyran” folklor rəqs ansamblını oktyabr ayında Bakıda keçiriləcək uşaq festivalına dəvət edilib.

 

Görüşün sonunda “Təbəssüm” uşaq rəqs qrupu “Tərəkəmə”, ”Basqalı” və digər Azərbaycan rəqslərini ifa ediblər.

 

Qeyd edək ki, V. Çikovani adına IV Beynəlxalq Rəqs Festivalı sabah davam edəcək. Tədbirə Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya və Gürcüstanın peşəkar rəqqasları qatılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424
avatar

Oxşar yazılar