AYB-nin qurultayı gələn ilə qaldı
24 oktyabr 2013 11:10 (UTC +04:00)

AYB-nin qurultayı gələn ilə qaldı

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı bu il keçirilməyəcək.


 

Birliyin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, AYB-nin noyabrda keçirilməsi planlaşdırılan qurultayının vaxtı dəqiq olmayıb: “Həmin tarix dəqiq deyildi. Azərbaycan Yazıçılar Birliyinin qurultayı 2014-cü ilin ilk aylarında keçiriləcək. Bununla bağlı müəyyən işlər görülür və qurultaya ciddi hazırlıq işləri gedir”.

 

X. Rza əlavə edib ki, birliyin qurultayının bu il təxirə salınmasının müxtəlif səbəbləri var: “Azərbaycan Yazıçılar Birliyinin 1500-dən çox üzvü var. Bundan başqa, müxtəlif bölgələrdə təşkilatlarımız var. Bu qurultay əvvəlki qurultaylardan öz genişliyi ilə seçiləcək. Ona görə də katiblik qurultay üçün ən uyğun vaxtın 2014-cü ilin ilk ayları olduğunu düşünür”.

 

Xatırladaq ki, AYB-nin sonuncu qurultayı 9 il əvvəl - 2004-cü ilin mayında olub. Nizamnaməyə görə, qurultay hər 5 ildə bir dəfə keçirilməlidir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 925
avatar

Oxşar yazılar