Arzu Əliyevanın “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı keçiriləcək
21 yanvar 2016 11:30 (UTC +04:00)

Arzu Əliyevanın “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı keçiriləcək

Yanvarın 22-də Nizami Kino MərkəzindəHeydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən hazırlanan “Əbədi ezamiyyət” sənədli filmi və “Qərib məzarlar” kitab-albomunun təqdimat mərasimi keçiriləcək.

 

Fonddan APA-ya verilən məlumata görə, layihənin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva, baş məsləhətçi tanınmış diplomat Ramiz Abutalıbovdur. “Əbədi ezamiyyət” filmi Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir. Yaradıcı heyət filmin hazırlanması üçün ilyarım müddətində Bakı, Tbilisi, Moskva, Sankt-Peterburq və Paris şəhərlərindəki arxivlərdə araşdırmalar aparıb, bu şəhərlərdə video-foto çəkilişlər edilib, Fransada Azərbaycan mühacirəti ilə bağlı tədqiqat aparan alimlərlə görüş və söhbətlər lentə alınıb. 

 

“Qərib məzarlar” kitab-albomu isə 1919-cu ildə Parisə ezam olunmuş Azərbaycan nümayəndə heyətinin, eləcə də ötən əsrin 20-ci illərində bolşevik təqibindən yaxa qurtarmaq üçün Fransaya üz tutan soydaşlarımızın bu ölkədəki taleyi və məzarları barədə ilk məlumat toplusudur.

          

Qeyd edək ki, “Əbədi ezamiyyət” Bakı Media Mərkəzinin Arzu Əliyevanın baş prodüserliyi ilə çəkdiyi ikinci sənədli filmdir. “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı ilk sənədli film 2015-ci ilin mayında yerli televiziya kanalları vasitəsilə Azərbaycanda və “National Geographic” kanalı vasitəsilə 26 ölkədə nümayiş olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 438

Oxşar yazılar

Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə

8 iyun 2025 , 23:52
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07