Sentyabrın 30-da Heydər Əliyev Sarayında musiqili-əyləncəli konsert olacaq. Lent. az-ın məlumatına görə, konsertdə xalq artisti Səkinə İsmayılova, əməkdar artistlər Cabir Abdullayev, Cavanşir Məmmədov, Manana, Firuzə İbadova, Gövhər Rzayeva (qarmon), Teyyub Aslanov, populyar müğənnilər Sevda Yəhyayeva, Günay İbrahimli, Nazim (faytonçu), Nüşabə Ələsgərli, Rəşad İlyasov, Elariz, Səyyad Əlizadə," Bu şəhərdə"çilər - Rafael,Coşqun və başqalarının çıxışları gözlənilir.
Qeyd edək ki, 19 –da başlayacaq konsertin biletlərinin qiyməti 10-30 manatdır. Biletləri sarayın və şəhərin kassalarından əldə etmək olar.