Akif Əli Babək haqqında yazdığı əsəri tamamlayıb
03 sentyabr 2013 18:26 (UTC +04:00)

Akif Əli Babək haqqında yazdığı əsəri tamamlayıb

Yazıçı, filoloq-alim, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Babək haqqında uzun müddətdən bəri yazdığı əsəri tamamlayıb. Bunu Lent.az-a açıqlamasında A. Əli bildirib. O qeyd edib ki, əsərin üzərində 3 ildən artıqdır işləyib: “Babək haqqında əsər yazmaq ilk növbədə böyük səbr, diqqət və məsuliyyət tələb edir. Bu ilki məzuniyyətimi bütünlüklə bu işə həsr etdim və 2011-ci ildən yazmağa başladığım əsəri bitirdim”.

A. Əli onu da vurğulayıb ki, bütün həyatını Azərbaycanımızın azadlığı uğrunda mübarizəyə həsr etmiş cəsur qəhrəman haqqında bədii əsər  yazmaqdan öncə həmin dövrə və tarixi şəxsiyyətlərə dair külli miqdarda elmi mənbələrlə tanış olub,  salnamələri oxuyub və bütün bu məxəzlər əsasında öz orijinal versiyasını qələmə alıb.

Onu da qeyd edək ki, yazıçı hazırda kitabı çapa hazırlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 872

Oxşar yazılar