ADO-da premyera: “Cənnətin işğalı”ı olacaq
19 avqust 2016 15:06 (UTC +04:00)

ADO-da premyera: “Cənnətin işğalı”ı olacaq

 

Azərbaycanın yeganə “underground” teatrı olan ADO 4-cü mövsümünün ilk premyerasını edəcək. Teatrdan Lent.az-a verilən məlumata görə, yaradıcı birlik “GOTT” adlı tamaşanı təqdim edəcək. İlk nümayiş avqustun 26-sı saat 19:00-da olacaq.

Teatrın yaydığı məlumatda deyilir ki, uzun sürən zamandan sonra yeni tamaşanın premyerası olacaq: “Bu tamaşa Azərbaycan mədəniyyətinə yenilik gətirəcək bir forma və üslubla hazırlanıb. Tamaşa eyni zamanda cəmiyyətin dəyişməsində, bütləşmiş, lazımsız tabuların qırılmasında özünəməxsus rol oynayacaq”.

GOTT tamaşasının ikinci adı “Cənnətin işğalı”dır. Tamaşanın müəllifi və rejissoru isə teatrın təsisçi və rəhbəri Elmin Bədəlovdur. Geyim və dekorları teatrın rəssamı Leyla Quliyeva tərtib edib. Tamaşadakı rolları isə Ceyhun Zabitli, Orxan İsgəndərli, Qadir Əsədov, Elza Furtado, Kamal Aken və Sahib Kərimli canlandıracaq.

Teatrın STOP və “Ağ-Qara” tamaşalarının da müəllifi E.Bədəlovdur. GOTT tamaşası E.Bədəlovun quruluş verdiyi üçüncü tamaşadır. ADO cəmiyyət tərəfindən birmənalı qarşılanmayan və hər zaman polemikalara yol açan teatr olub. Teatr ölkə daxilində olmaqla bərabər xarici səfərlərdə - Fransa, İran və Gürcüstanda qastrollarda olub, maraqla qarşılanıb. GOTT tamaşasının premyerası isə 26 avqust saat 19:00-da ADO teatrında nümayiş olunacaq.

Qeyd edək ki, teatr Bəşir Səfəroğlu 155 (Nəsimi, Bakı – AZ1009) ünvanında yerləşir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362
avatar

Oxşar yazılar