Gazelli Art House incəsənət qalereyası gənc İsveçrə rəssamı Olimpia Skarrinin “Avtodiaqram” mövzusunda əsərlərdən ibarət sərginin açılışını elan edib. Sərgi 30 noyabr 2013-cü il tarixinədək davam edəcək.
Olimpia Skarrinin Avtodiaqramları – generativ incəsənətdir, hansında ki, bədən generator kimi istifadə olunur. Rəssamın yaratdığı avtoportretlərdə isə, “Mən” baş həriflərlə seçilir. Skarri “eyni səhifəyə fizioloji və psixoloji aspektlərini” yerləşdirməyə maraq göstərir və orqanizmin gündəlik proseslərini avtomatik diaqramlara çevirərək, özünü aldatma və bioloji reallıq arasındakı kəsişmə xəttini tədqiq edir. Rəssam poliqrafiya alətinə qoşularaq öz-özünü həm narahat həm də şüursuz vəziyyətinə qoyur. Avtodiaqramda təqdim olunan yalan detektorun əsərləri qəsdən bacarıqları və ya istiqamətləri olmadan icra edilib və beləliklə platonik baxımından ideal “Özünü”- “Mən” kimi ifadə edir. Müəyyən dərəcədə, psixoloji ekspertizaya bənzər, yalan detektorunda yoxlama zamanı subyekti onun öz ağlı və bədəni ələ verir.
Sərgi bir sıra tökmə üsulu ilə hazırlanan qızıl rəngli barmaqları ehtiva edir. Burada təqdim olunan “Qızıl Barmaq”, qədim Misirin qızılı boya vasitəsi ilə bədəni və qəlbini qorumaq məqsədi ilə yaradılıb. Qara mumdan olan rəssamın tökmə əli isə bədəni stimullaşdırmaq üçün formasını alır. “Qara Əl” və misin üzərində “rəngkarlıq” silsiləsi ağız suyunun köməyi ilə yerinə yetirilmişdir.
Olimpia Skarri 1983 ildə, Cenevrədə dünyaya gəlib, hal-hazırda isə Nyu-York şəhərində yaşayır. Onun psixologiya və kriminalistika sahəsində erkən tədqiqatlar Avtodiaqram seriyası üçün informasiya mənbəyi olmuşdur, harada ki, sirr və ya qeyri-ixtiyarı hərəkətlər, gizli insan istəklərinin üzərinə işıq salınmışdır və qalereya kontekstində nümayiş etdirilmişdir. Olimpia Skarri üzrə, öz-özünü təhlil etmə və şəxsi baxış - freydist fantastik mənzərələr təsvirləridir. Onlara bənzər “yalama duzlarını” yalayan ağ at kimi, asılmış bədənləri ifadə edən çoxlu asılan kisələr, geniş açıq ağzı ilə əsnəyən büstlər nəzərdə tutulub. Həmçinin bəzi çeynənmiş saqqız fotoları Olimpia işinin yekun məhsulunu xarakterizə edir. Bu günə qədər, Skarrinin hesabında Barbican, Art Basel Miami və Venice Biennale qrup sərgilərində və eləcə də Milanda "The Conduits" adı altında fərdi sərgidə iştirakı var.
Gazelli Art House tarixçəsinə nəzər salsaq, kompaniyanın fəlsəfəsinə riayət edərək 2003-cü ildən Gazelli Evi-nin strukturuna Gazelli Art House daxil olub və 2010-cu ildən öz fəaliyətinə London şəhərində, 2012-cı ildən isə Bakida başlayıb. Gazelli Art House-un təsisçisi və rəhbəri Mila Əsgərova qalereyanın əsas fəaliyyətinin incəsətdə baş verən hadisələri izləmək, maraqlı və vacib hadisələrə diqqəti cəlb etmək, onları təhlil etmək və yeni fikirlərin yaranması üçün stimul yaratmaq olduğunu hesab edir. Gazelli Art House müasir dünya incəsənətinin keçmiş və indiki vəziyyəti, və daha çox necə ola biləcəyi ilə maraqlananlar üçün yaradılıb.