Vasif Adıgözəlovun yubileyi keçiriləcək
22 oktyabr 2015 11:11 (UTC +04:00)

Vasif Adıgözəlovun yubileyi keçiriləcək

Oktyabrın 31-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycanın xalq artisti, bəstəkar Vasif Adıgözəlovun 80 illik yubileyi qeyd olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu münasibətlə teatrda bəstəkarın “Natəvan” operasının tamaşası səhnəyə qoyulacaq.

 

Tamaşanın musiqi rəhbəri və dirijoru xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rejissoru Azərbaycan və Özbəkistanın xalq artisti Firudin Səfərov, quruluşçu  rəssamı xalq rəssamı Tahir Tahirovdur. Yubiley tamaşada teatrın aparıcı solistlərindən əməkdar artist Zemfira İsmayılova (Natəvan),  xalq artistləri Azər Zeynalov (Xasay bəy), Şahlar Quliyev (Qasım bəy Zakir), Mənsum İbrahimov (Xanəndə oğlan), Nəzakət Teymurova (Xanəndə qız) və başqaları çıxış edəcəklər.

 

Qeyd edək ki, “Natəvan” operası teatrda ilk dəfə 2003-cü ildə səhnələşdirilib. Libretto müəllifi Nazim İbrahimovdur. Operada görkəmli Azərbaycan şairəsi Xurşid Banu Natəvanın həyat və fəaliyyəti, onun yaradıcılığı fonunda Qarabağda uzun əsrlər boyu hakimiyyət uğrunda gedən mübarizələr, Qarabağın insanları, ab-havası, musiqi və rəqsləri təsvir olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 311

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28