Şərti adı “Bakı gecələri” adlı filmin çəkilişləri başlanır. Lent.az-ın kino.org.az saytına istinadən məlumatına görə, yaxın günlərdə “Debüt” studiyasında çəkilişlərinə start veriləcək bu kinoalmanaxa 5 novella daxildir. Hər novella qısametrajlı film kimi ekranlaşdırılacaq və xronometrajı 8-10 dəqiqə olacaq.
Kinoalmanaxı çəkməkdə məqsəd Bakının gözəlliklərini, xüsusilə şəhərin gecə mənzərəsini diqqətə çadırmaqdır. Çəkilişlərin aprelin sonlarında başa çatması nəzərdə tutulur.
Kinoalmanaxa daxil olan novellaların ssenari müəllifi İlqar Fəhmidir. Qısametrajlı filmləri gənc rejissorlar Rövşən Ağayev, Xadicə Qarayeva, Kəmalə Zəkiyeva, Gündüz Əliyev və Cabir Hacıyev ekranlaşdıracaq. Filmlərin quruluşçu operatoru isə Yuri Varnovskidir.