[b]Teatr və konsert müəssisələri işçilərinin maaşı artırıldı[/b]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında
Sərəncam imzalayıb.
Lent.az-ın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən dövlət büdcəsindən maliyyə yardımı alan teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il martın 1-dən orta hesabla 50 faiz artırılır.
Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın icrası ilə bağlı zəruri tədbirlər görsünlər.
Nazirlər Kabinetinə bu sərəncamda nəzərdə tutulmuş tədbirin maliyyələşdirilməsi məqsədilə cari ilin və növbəti illərin dövlət büdcəsində maliyyə təminatı məsələlərinin həllini təmin etmək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
1278