![[b]Dirijor Rauf Abdullayev mükafata layiq görüldü[/b]](https://lent.az/storage/news/2019/april/19/big/e30fc8ed37f1a6e4f1ae11430b96a828.jpg)
[b]Dirijor Rauf Abdullayev mükafata layiq görüldü[/b]
Azərbaycanın xalq artisti, dirijor Rauf Abdullayev Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlətlərarası mükafatı olan "Birliyin ulduzları" mükafatına layiq görülüb.
MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun mətbuat xidmətindən ONA-nın Moskva müxbirinə verilən məlumata görə, "Birliyin ulduzları" dövlətlərarası mükafatının Şurası 2018-ci il üçün humanitar mükafatın qaliblərini elan edib.
Bildirilib ki, bu il MDB-nin əsas humanitar mükafatına 9 ölkədən 14 nominant iddia edib. Münsiflər heyətinin qərarı ilə 11 nəfər "Birliyin ulduzları" mükafatına layiq görülüb.
Azərbaycandan bu il "Birliyin ulduzları" dövlətlərarası mükafatına Azərbaycan Dövlət Filarmoniyası Simfonik orkestrinin dirijoru, xalq artisti Rauf Abdullayev layiq görülüb.
Qeyd edək ki, "Birliyin ulduzları" dövlətlərarası mükafatı hər il MDB ölkələrindən olan humanitar fəaliyyətdə uğurlara imza atan şəxslərə verilir. Mükafatın məbləği 2 milyon Rusiya rublu (31 min ABŞ dolları) təşkil edir.
Oxşar yazılar

Arif Babayevin SON DURUMU - YENİLƏNİB
25 iyul 2025 , 15:10
"336 manat 58 qəpik təqaüd alıram" - Küçədə corab satan aktyorla MÜSAHİBƏ
25 iyul 2025 , 14:54
Leonardo da Vinçi müəmması: Kainatın sirrini “Vitruviyalı adam”ın ayaqları arasında gizlədib
22 iyul 2025 , 20:15
Şuşada Vaqif Poeziya günləri keçirilir
22 iyul 2025 , 18:37
Yay günlərində izləyə biləcəyiniz 6 film - VİDEO
21 iyul 2025 , 16:57
Ən ağrılı yerim oğlumu 24 yaşında itirməyimdir - Yazıçı Hidayətlə MÜSAHİBƏ
21 iyul 2025 , 13:09
Sirr və detektiv sevənlər üçün 5 serial -VİDEO
21 iyul 2025 , 11:12