[b]"Eurovision-2019" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb[/b]
15 may 2019 01:34 (UTC +04:00)

[b]"Eurovision-2019" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb[/b]

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı başlanıb.

 

Lent.az xəbər verir ki, müsabiqənin birinci yarımfinalında 17 ölkənin - Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan və San-Marinonun təmsilçiləri çıxış edirlər.

 

Azərbaycan təmsilçisi Çingiz Mustafayev “Truth” mahnısı ilə mayın 16-da keçiriləcək ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq.

 

Müsabiqənin finalı mayın 18-də olacaq.

# 1573
avatar

Oxşar yazılar