"Arşın mal alan" Ankara Dövlət Opera və Balet Teatrında
25 oktyabr 2013 20:50 (UTC +04:00)

"Arşın mal alan" Ankara Dövlət Opera və Balet Teatrında

Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının səhnəyə qoyulmasının 100 illiyi münasibəti ilə Türkiyədə - Ankara Dövlət Opera və Balet Teatrında səhnələşdirilərək repertuara daxil edilib.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, operettaya Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev quruluş verib.

 

Ankara Dövlət Opera və Balet Teatrının simfonik orkestrinə Mustafa Ərdoğan dirijorluq edəcək. Azərbaycan milli rəqslərini tanınmış xoreoqraf Dəniz Çığ hazırlayıb. Tamaşada Ankara teatrının aparıcı aktyorları rol alıb.

 

Oktyabrın 27-də "Arşın mal alan"ın Ankara Dövlət Opera və Balet Teatrında premyerası keçiriləcək.

 

Qeyd edək ki, operetta indiyədək Moskva, Nyu-York, Paris, London, Berlin, Ankara, Tehran, Qahirə, Varşava, Sofiya, Pekin və digər şəhərlərdə tamaşaya qoyulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 843
avatar

Oxşar yazılar