“Təxti Süleyman”ın bəxti...
23 oktyabr 2013 09:53 (UTC +04:00)

“Təxti Süleyman”ın bəxti...

İran hakimiyyəti Güney Azərbaycandakı tarixi abidələrə laqeyd yanaşır. Lent.az-ın məlumatına görə, Qərbi Azərbaycan vilayətinin Tekab (Tikantəpə) bölgəsində yerləşən “Təxti Süleyman” (Süleyman taxtı) abidəsi illərdir ki, baxımsız vəziyyətdədir. Bu tarixi kompleks onun yaxınında yerləşən gölün çöküntülərindən əmələ gələn təbii bir daş üzərində yaranıb. Kompleks 3 min il bundan əvvəl yaşayış məskəni olub və Azərbaycanın ən qədim tarixi abidələrindən sayılır. “Təxti Süleyman” UNESCO-nun dünya irsi sahələri siyahısında 4-cü yerə sahibdir.

 

Ümumiyyətlə, Güney Azərbaycan ərazisində bir çox tarixi abidələr baxımsızlıq nəticəsində məhvə doğru sürüklənir. “Təxti Süleyman” da bunlardan biridir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1313

Oxşar yazılar