“Şən və Hazırcavablar”  Bakıya gəlir
17 sentyabr 2013 14:05 (UTC +04:00)

“Şən və Hazırcavablar”  Bakıya gəlir

Oktyabrın 23-də Heydər Əliyev Sarayında “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) Azərbaycan Prezidenti Kuboku uğrunda beynəlxalq turniri keçiriləcək. Turnirdə ŞHK Beynəlxalq Birliyinin Ali Liqasının komandaları – “Rəislər” (İrkutsk), "Dnepr" (Dnepropetrovsk vilayətinin yığması), "Parapaparam" (MDBƏİ, Moskva), “Bakı Yığması” (Azərbaycan), KVN üzrə “Kamızyak diyarının yığması” (Həştərxan) və “Triod və Diod” (Smolensk) iştirak edəcəklər.

Gecənin aparıcısı “AMiK” televiziya yaradıcılıq birliyinin və ŞHK Beynəlxalq Birliyinin prezidenti Aleksandr Maslyakov olacaq. Azərbaycan ŞHK liqasının rəhbəri Anar Sultanov Lent. az-a bildirib ki, ŞHK-nın Azərbaycan Prezidenti Kuboku uğrunda Beynəlxalq turnirinin keçirilməsi rəhbərlik etdiyi liqanın son 13 ildə ən böyük uğuru olacaq: “Sonuncu dəfə Aleksandr Maslyakov Bakıya 1995-ci ilin sentyabrında - “Odessa centlmenləri” ilə görüşündə “Parni iz Baku” yay kubokunun sahibi olarkən gəlmişdi. Ötən il biz ŞHK-nın respublika festivalını keçirmişdik və çoxsaylı tələbə komandalarının iştirakı  təəccübə səbəb olmuşdu”.

Onun sözlərinə görə, ölkəmizdə beynəlxalq turniri “Şən və Hazırcavablar Klubu” liqası eləcə də Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti təşkil edib.

Qeyd edək ki, “Bakı yığması” 2012-ci ildə ŞHK Beynəlxalq Birliyinin Anapada keçirilən əməkdaşlıq kubokunun qalibi olub. Komandanın bədii rəhbəri Rəşad Əzizov  direktoru,  Fərid Abbasovdur.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1617

Oxşar yazılar